Rusların atdığı top mərmisi ər-arvadın ölümünə səbəb oldu
Ukraynanın Xerson vilayətinin Zmiyevka kəndində ər-arvad atəşə tutularaq həlak olub. Atışma zamanı onların evinə düşmən mərmisi düşüb.
Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bu barədə Xerson hərbi administirasiyası məlumat yayıb.
"Xerson vilayətində daha bir faciəli səhər. Rusiyanın Berislav rayonunun Zmiyevka kəndini atəşə tutması nəticəsində həyat yoldaşları həlak olub. Sübh çağı düşmən mərmisi onların evinə düşüb və nəticədə iki dinc sakinin həyatına son qoyub", - məlumatda deyilir.
Hərbi administrasiya həmçinin qeyd edib ki, rus topçuları hara vurduqlarını bilirlər, ona görə də bu, ərazidəki mülki şəxslərə hədəflənmiş hücumdur.
Xatırladaq ki, son sutka ərzində rus işğalçıları Xerson vilayətinə 52 dəfə hücum edib.
Turan İSMAYIL