Ermənistanın keçmiş müdafiə naziri axtarışa verildi
Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarkisyan barəsində axtarış elan edilib.
Redaktor.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"a Respublika Baş Prokurorluğundan bildirilib.
İrəvan Məhkəməsi onun həbsi barədə vəsatəti qiyabi olaraq təmin edib.
Keçmiş nazir 2018-ci ildən ABŞ-dadır.
Məlumata görə, 2016-2018-ci illərdə nazir vəzifəsini tutmuş Sarkisyan, hərbçilərə mənzillərin bölüşdürülməsində sui-istifadələrə yol verib.
Xatırladaq ki, fevralın 8-də Ermənistanın Baş Prokurorluğu Sarkisyana və Ermənistan Müdafiə Nazirliyinin mərkəzi mənzil komissiyasının 5 üzvünə (vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə görə) qarşı cinayət təqibinin başlanması barədə qərar qəbul edib.
Tunar Altunbay