Ziyəddin Kassanov zəlzələdən zərərçəkənlərə 1 milyon dollar bağışladı – VİDEO

 15:12 16.02.2023     394

Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) Başqanı Ziyəddin Kassanov “TÜRKİYƏ TƏK ÜRƏK” yardım kampaniyası çərçivəsində qardaş ölkədə zəlzələdən zərərçəkənlərə daha 1 milyon dollar bağışlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə DATÜB İdarə Heyətinin üzvü Mövlud İşık özünün “Facebook” səhifəsində açıqlama yayıb:

“Başqanım, ən çətin anlarımızda həmişə əlimizdən tutduğunuz kimi, bu gün də Türkiyədəki zəlzələ yaralarının sağalması üçün səxavətinizi əsirgəmədiniz.

Yardım edənlər hər dəfə canlı yayıma zəng vuraraq müəssisə və qurumlarının adını ön planda saxlasalar da, Siz millətimizin göz bəbəyi olan Dünya Ahıska Türkləri Birliyi - DATUB olaraq ianə verdiniz. Bu, sizin bu işə və millətimizə olan sevginizi və hörmətinizi göstərir və nə qədər qayğıkeş olduğunuzun sübutudur.

Yaxşı ki, varsınız! Siz könül insanısınız! Qəlbinizin gözəlliyi, sevginiz bütün pislikləri məhv etmək üçün kifayətdir. Azərbaycanda yaşayan Axısxa türkləri, Azərbaycan türk qardaşlarımız bizə zəng edərək səxavətinizə görə təbrik edir. Nə yaxşı ki, məzlumun tərəfində olan, zalımın əleyhinə olan sizin kimi BAŞQANIMIZ var.

Allah sizə uzun ömür, cansağlığı versin, sevdiklərinizlə daha çox gözəl günlər görməyi nəsib etsin. Başımızdan əskik etməsin”.

Xatırladaq ki, DATÜB başqanı Ziyəddin Kassanov bundan öncə də zəlzələdən zərərçəkənlərə 1 milyon lirə yardım etmişdi.