Moldova parlamenti yeni hökuməti təsdiqlədi
Moldova parlamenti Nataliya Qavrilitsanın gözlənilmədən istefasından sonra prezident Maya Sandu tərəfindən bu vəzifəyə irəli sürülən Dorin Reçan hökumətinin proqramını və tərkibini təsdiqləyib.
Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Parlament baş nazirin namizədliyini və yeni hökuməti təsdiqləyib. Onun lehinə 62 deputat səs verib", - qanunverici orqanın sədri İqor Qrosu bildirib.
Nazirlər Kabinetini Avropayönlü Fəaliyyət və Həmrəylik Partiyası dəstəkləyib.
Müxalifətdəki Kommunistlər və Sosialistlər Bloku və Şor Partiyasının liderləri səsvermədə iştirak etməyiblər.
Qeyd edək ki, Dorin Reçan bundan əvvəl Moldova Ali Təhlükəsizlik Şurasının katibi, həmçinin Prezidenti Maya Sandunun müdafiə məsələləri üzrə köməkçisi vəzifəsində çalışıb.
Tunar Altunbay