Lukaşenkonun Baydeni qonaq etmək arzusu alınmadı

 19:22 16.02.2023     405

ABŞ prezidenti Co Bayden gələn həftə Polşaya gözlənilən səfərindən sonra qonşu ölkələrə, o cümlədən Ukraynaya səfər etməyi planlaşdırmır.

Redaktor.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Baydenin Ukraynaya səfər edib-etməyəcəyini soruşulduqda, Kirbi “Başqa dayanacaqlar planlaşdırılmayıb” deyib.

Qeyd edək ki, bu gün Belarus prezidenti Aleksandr Lukaşenko da Minskdə Co Bayden və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə görüş təşkil etməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, ABŞ prezidenti fevralın 20-dən 22-dək Polşaya səfər edəcək, həmkarı Anjey Duda və “Buxarest doqquzluğu” ölkələrinin (Bolqarıstan, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Slovakiya, Çexiya və Estoniya) liderləri ilə görüşəcək.

Tunar Altunbay