Zelenski Tokayevə zəng etdi

 19:15 16.02.2023     269

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında iki ölkə arasında humanitar əlaqələri müzakirə edib.

Redaktor.az xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

"Ukrayna tərəfinin təşəbbüsü ilə Kasım-Jomart Tokayev ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. Dövlət başçıları Qazaxıstan və Ukrayna arasında humanitar əlaqələri müzakirə ediblər", - məlumatda deyilir.

Sonuncu dəfə Tokayevlə Zelenski arasında telefon danışığı 2022-ci ilin iyulunda olub.

Sonra onlar, xüsusilə, Ukrayna taxılının ixracı ilə bağlı sazişi müzakirə ediblər.

Qazaxıstan prezidenti Ukraynadakı münaqişənin diplomatik yolla həllinin zəruriliyini də bəyan edib.

Tunar Altunbay