"Rusiyanın Ukraynanı işğala başlamasının tarixini bilirdim" - NATO-nun baş katibi

 20:13 16.02.2023     258

NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın 2022-ci il fevralın 24-nə keçən gecə Ukraynanı işğala başlamaq planlarını bilsə də, yatmağa üstünlük verib.

Redaktor.az xəbər verir ki, o, bu barədə cümə axşamı "France-Press" agentliyinə müsahibəsində deyib.

"Mən yatdım. Amma çox qısa bir gecə idi, çünki bilirdim ki, nə vaxtsa, yaxın bir neçə saat ərzində məni kimsə oyadacaq. Və belə də oldu", - NATO-nun baş katibi qeyd edib.

Stoltenberqin sözlərinə görə, ona Rusiyanın hücumu barədə Moskva vaxtı ilə saat 05.00-da qısa məlumat verilib:

"Təəccüblənmədim, çünki bilirdim"

NATO-nun baş katibi Ukraynadakı münaqişənin alyansın sıralarını toplamaq üçün stimul yaratdığını, lakin eyni zamanda NATO-nun hərbi əməliyyatların qarşısını almaq üçün daha çox şey edə biləcəyi ilə bağlı təklifi rədd edib.

O, münaqişənin 2022-ci ildə deyil, 2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsindən sonra başladığını əlavə edib.

Tunar Altunbay