Fransa Ukraynaya yüngül tanklar göndərməyə başlayır

 22:46 16.02.2023     404

Fransa Ukraynaya AMX-10RC yüngül tanklarının ilk partiyasını göndərməyə başlayır.

Redaktor.az xəbər verir ki, bu barədə "Forces Operations" nəşri məlumat yayıb.

Bildirilib ki, Ukrayna ekipajları artıq bu texnikalar üçün təlim proqramından keçiblər.

Xatırladaq ki, Fransa Ukraynaya 14 ədəd AMX-10RC yüngül tankı göndərəcəyini açıqlayıb.