Rusiya artıq yeni hücuma başlayıb - ZELENSKİ

 23:59 16.02.2023     406

Rusiya Ukraynada əvvəllər proqnozlaşdırılan yeni hücuma başlayıb.

Redaktor.az xəbər verir ki, bunu Ukrayna prezidenti Voldimir Zelenski BBC-yə müsahibəsində bildirib.

O qeyd edib ki, artıq bir neçə istiqamətdə Rusiya hücumlar həyata keçirir. Zelenskinin sözlərinə görə, Ukrayna hərbçiləri əks-hücum imkanı olana qədər Rusiyanın hücumuna müqavimət göstərə biləcəklər, lakin Qərb daha çox hərbi yardım göstərməlidir.

"Müasir silahlar sülhün gəlişini sürətləndirir. Silahlar Rusiyanın yeganə anladığı dildir", - Zelenski əlavə edib.