261 saat sonra dağıntılar altından sağ çıxarıldılar - Möcüzə
Türkiyənin Hatay şəhərinin Antakya rayonunun Odabaşı məhəlləsində təbii fəlakətdən 261 saat sonra zəlzələdən çökmüş binanın dağıntıları altından 2 nəfər sağ çıxarılıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
Bildirilib ki, qurtarılan şəxslər 26 yaşlı Mehmet Ali Şakiroğlu və 33 yaşlı Mustafa Avcıdır.
Hadisə ilə bağlı Türkiyənin səhiyyə naziri də tviterdə sevincini paylaşıb: “Bu gecə bir daha gözümüz aydın. 33 yaşlı qardaşımız Mustafa dağıntılar altından zəlzələnin 261-ci saatında qurtarılıb. İlkin tibbi müdaxilə Hatay Səhra Xəstəxanasında edilir”.