Türkiyədə zəlzələdə ölənlərin sayı açıqlandı

 04:18 17.02.2023     646

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 38 044 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Zəlzələ nəticəsində Türkiyədə 105 mindən çox insan yaralanıb, 7 mindən çox bina dağılıb. 

T. İSMAYIL