Pakistan Ukraynaya silah göndərilməsini inkar etdi - FOTO
Pakistanın başqa ölkələr vasitəsilə Ukraynaya silah tədarük etməsi ilə bağlı xəbərlər həqiqətə uyğun deyil.
Redaktor.az xəbər verir ki, bu barədə brifinqdə Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Zəhra Bəluç bildirib.
"Pakistan hərbi münaqişələrə qarışmamaq siyasətinə sadiqdir. Pakistanın Ukraynaya sursat tədarükü ilə bağlı xəbərlər reallığa uyğun gəlmir",- "The News International" qəzeti diplomatdan sitat gətirib.
Mümtaz Zəhra Bəluc vurğulayıb ki, Pakistan yalnız üçüncü ölkədə istifadə edilməyəcəyinə əmin olduğu təqdirdə hansısa dövlətə silah yollayır: “Bu, Ukraynadakı münaqişəyə də aiddir”.
Bundan əvvəl “The Print” qəzeti və Hindistanın bir sıra digər KİV-ləri Ukraynanın Pakistandan sursat alması barədə məlumat yayıb.
Bu çatdırılmaların Kipr və Rumıniya üzərindən edildiyi iddia edilir.
Tunar Altunbay