Latviya sərxoş sürücülərdən müsadirə etdiyi avtomobilləri bu ölkəyə göndərəcək

 11:34 17.02.2023     1176

Latviya Seymi Ukraynanın mülkü əhalisinə dəstək haqqında qanuna düzəlişlər qəbul edib. Belə ki, dövlətə məxsus avtomobillərin, o cümlədən sərxoş sürücülərdən müsadirə edilən avtomobillərin Ukraynaya pulsuz verilməsinə icazə verir.

Redaktor.az xəbər verir ki, “LETA” agentliyi məlumat yayıb.

“Hazırda biz sərxoş sürücülərdən müsadirə edilmiş nəqliyyat vasitələrini yenidən emal üçün təhvil verə və ya ehtiyat hissələri üçün söküb sata da bilərik. Lakin görürük ki, indiki şəraitdə onlar Ukrayna xalqına daha da faydalı dəstək olardı”,- portal Seymin Komitə sədri Raimonds  Berqmanisdən sitat gətirib.

Dəyişikliklər göstərir ki, hər  bir halda qərar Nazirlər Kabineti tərəfindən veriləcək.

Köçürmə prosesini yardım üçün konkret müraciətlər almış təşkilat həyata keçirəcək.

Arzu İSMAYIL