Rüstəm Muradov yeni vəzifəyə TƏYİN EDİLDİ

 14:40 17.02.2023     1305

General-leytenant Rüstəm Muradov 2022-ci ilin avqustundan Şərq Hərbi Dairəsinin (VVO) komandanı təyin edilib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin saytında məlumat verilib.

"2022-ci ilin avqustundan Şərq Hərbi Dairəsinin qoşunlarının komandanıdır", - hərbi idarənin saytında deyilir.

Xatırladaq ki, Rüstəm Muradov Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanı olub.

Turan İSMAYIL