Putin Lukaşenko ilə görüşdü
Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqlara başlayıb. İki liderin bu il ilk görüşü Moskva yaxınlığındakı Novo-Oqaryovo iqamətgahında keçirilir.
Redaktor.az-ın TASS-a istinadla məlumatına görə, Kremlin mətbuat xidmətindən qeyd edilib ki, gündəliyə iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqliyin, eləcə də İttifaq dövləti çərçivəsində inteqrasiya əməkdaşlığının gələcək inkişafı daxildir.
Moskvaya səfəri ərəfəsində Lukaşenka bəyan edib ki, Putinlə söhbətində təhlükəsizlik, müdafiə və iki ölkənin hökumətləri tərəfindən iqtisadi sahədə göstərişlərin yerinə yetirilməsi məsələlərinə toxunmağı planlaşdırır. Belarus prezidenti xüsusən də respublikada qoşunların birgə qruplaşdırılması məsələsinin müzakirə oluna biləcəyini istisna etməyib, iki ölkənin hərbçilərinin təcavüzü dəf etməyə hazır olmaq üçün döyüş koordinasiyası apardığını vurğulayıb. O, qeyd edib ki, digər mövzulara enerji və idxalın əvəzlənməsi daxildir.
Xatırladaq ki, əvvəlki dəfə dövlət başçıları ötən il dekabrın sonunda MDB-nin qeyri-rəsmi sammitinin keçirildiyi Sankt-Peterburqda görüşüblər.
Turan İSMAYIL