Türkiyədə təhsil alan tələbələrin NƏZƏRİNƏ!

 16:26 17.02.2023     418

Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar ölkədə universitetlərdə 2022-2023-cü illəri əhatə edən yaz sessiyasına dair yeni açıqlama verib.

Redaktor.az “Hürriyet”ə istinadən xəbər verir ki, o, ölkədə 2022-2023-cü illəri əhatə edən təhsil prosesinin onlayn olaraq həyata keçirilməsinə qərar verildiyini bildirib:

Son dakika... YÖK Başkanı Özvar üniversitelerle ilgili kararları duyurdu Nisan ayında hibrit eğitim mesajı

"2022-2023-cü illər üçün distant təhsilin davam etdirilməsi qərara alınıb. Onun yay semestri lə məhdudlaşdırılması barədə bəzi qərarlar qəbul edilib. Aprelin əvvəlindən əyani olmaqla hibrid variant da qiymətləndiriləcək”,- o deyib.

Özvarın sözlərinə görə, ölkədə yaz sessiyası fevralın 20-si onlayn qaydada başlaya bilər.

Qeyd edk ki, Türkiyədə təxminən 627,000 tələbə zəlzələ və ya təhsil zonasında yaşayır. Bölgədəki 18 universitetdə 17 mindən çox müəllim və 30 mini inzibati olmaqla ümumilikdə 47 min əlavə universitet işçisi var.

Xatırladaq ki, Türkiyədə daha əvvəl təhsilin yaya qədər onlayn olması barədə qərar verirlib. 

Ölkə başçısı Rəcəb Tayyib Ərdoğan universitetlərin hamısının yataqxanalarının zəlzələdən əziyyət çəkənlərə xidmət edəcəyini açıqlayıb.

Tunar Altunbay