Erməni xilasedicilər Türkiyədən geri qayıtdı

 16:52 17.02.2023     376

Ermənistandan olan bir qrup xilasedici Türkiyənin Adıyaman şəhərində işlərini yekunlaşdıraraq geri qayıdıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə parlamentinin erməni deputatı Qaro Paylan öz Feysbuk hesabında yazıb.

Xatırladaq ki, Ermənistan fevralın 6-da baş vermiş güclü zəlzələdən sonra Türkiyəyə xilasedicilər və humanitar yardım göndərib. 

Həmidə İbrahimova