Bu ölkə zəlzələ bölgəsinə 91 təyyarə yardım göndərdi
Birləşmiş Ərəb Əmiriklərinin (BƏƏ) Müdafiə Nazirliyinin Türkiyə və Suriyada zəlzələdən zərərçəkənlərə yardım məqsədilə başladılan “İgid süvari 2” əməliyyatı davam edir.
Redaktor.az xəbər verir ki, bu barədə sözügedən nazirliyin yaydığı məlumatda bildirilir.
Məlumata görə, əməliyyat çərçivəsində Türkiyə və Suriyaya humanitar yardımla birlikdə ümumilikdə 91 təyyarə göndərilib və beləliklə, dağıdıcı zəlzələlərdən zərər çəkən hər iki ölkəyə ümumilikdə 2549 ton humanitar material göndərilib.
BƏƏ-nin rəsmi agentliyi WAM, dünəndən etibarən 34-ü Türkiyəyə, 44-ü Suriyaya olmaqla ümumilikdə daha 78 yardım təyyarəsinin göndərildiyini açıqlayıb.
BƏƏ Prezidenti Xəlifə bin Zayed Əl Nəhyan, BƏƏ Silahlı Qüvvələri, Daxili İşlər Nazirliyi, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi, BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanın göstərişi ilə fevralın 6-da zəlzələ baş verən zaman prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. BƏƏ Qızıl Aypara Cəmiyyətinin eyni gün başlatdığı birgə əməliyyat çərçivəsində Türkiyəyə tonlarla humanitar yardım çatdırılıb.
BƏƏ prezidenti Əl Nəhyan fevralın 7-də verdiyi açıqlamada zəlzələ ilə əlaqədar şəxsən özünün Türkiyəyə 50 milyon dollar (təxminən 942 milyon türk lirəsi) yardım edəcəyini açıqlayıb.
Həmçinin zəlzələ qurbanlarına Qaziantepin İslahiye rayonunda 4-ü reanimasiya bölməsi olmaqla 54 çarpayılıq səyyar xəstəxana verilib.
Arzu İsmayıl