Zelenski Niderlandın baş nazirini belə qarşıladı - VİDEO

 16:59 17.02.2023     332

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Kiyevdə Niderlandın Baş naziri Mark Rutte ilə görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Zelenski özünün sosial şəbəkə hesabında paylaşıb.

"Hollandiya dövlətimizə hərbi, maliyyə, humanitar və hüquqi yardımda liderlərdən biridir. Bütün ukraynalılar bu dəstəyə görə həmişə minnətdar olacaqlar və bunu heç vaxt unutmayacaqlar", - o deyib.

Zelenski Rutte ilə şəxsi söhbət edib, həmçinin Niderland nümayəndə heyəti ilə ikitərəfli görüş keçirib.

Xatırladaq ki, bu Niderlandın Baş naziri Mark Ruttenin tammiqyaslı müharibə başlayandan bəri Kiyevə ikinci gəlişidir.

Turan İSMAYIL