Məhşur blogerin cəsədi dağıntılardan altından tapıldı
Məşhur türkiyəli sosial media fenomeni Taha Duymazın cəsədi zəlzələdən 11 gün sonra Hatayda dağıntılar altından çıxarılıb.
Redaktor.az "Haber Global"a istinadla xəbər verir ki, bu barədə məşhur türk aşpaz CZN Burak instaqram hesabından bildirib.
Bundan əlavə, Tahanın bir bacısı və qardaşının da cəsədi dağıntılar altından çıxarılıb.
Xatırladaq ki, Taha Duymaz sosial şəbəkədə bişirdiyi yeməkləri paylaşaraq sosial mediada məşhurlaşıb. Onun 1,5 milyon izləyicisi vardı.
Həmidə İbrahimova