Litva prezidenti Ukraynanı NATO-ya yaxınlaşdırmağa ÇAĞIRDI
Ukrayna böhranının sonu Ukraynanın Avropada “boz zona” olaraq qalmasına gətirib çıxarmamalıdır.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə cümə günü Münhendə keçirilən təhlükəsizlik konfransında Litva Prezidenti Qitanas Nauseda bildirib.
"Müharibə bitdikdən sonra Ukrayna boz zonada qalmamalıdır. Biz Avropada yeni müharibə riskinə yol verə bilmərik", - Nauseda vurğulayıb.
Bu kontekstdə Litva prezidenti Kiyevlə Şimali Atlantika Alyansı arasında daha sıx əlaqələrin qurulmasına çağırıb. Nauseda hesab edir ki, “biz qarşımıza iddialı məqsədlər qoymalı və Ukraynanı NATO-ya mümkün qədər yaxınlaşdıracaq praktiki həll yolları üzərində razılaşmalıyıq”.
Turan İSMAYIL