Ukrayna latın əlifbasına keçə bilər - Petisiya başlandı

 18:31 17.02.2023     320

Bu gün Ukrayna prezidentinin saytında Ukrayna əlifbasının kiril əlifbasından latın əlifbasına çevrilməsini tələb edən yeni petisiya yerləşdirilib.

Redaktor.az xəbər verir ki, petisiyanın mətnində deyilir:

“Latın əlifbasına keçidlə bağlı artıq bir neçə dəfə deyilib, indi vaxtı deyilmi?

Dövlət başçısı tərəfindən baxılması üçün üç ay və ya daha az müddətdə 25 min səs toplamalıdır.

Qeyd edək ki, Ukrayna əlifbasının latın əlifbasına çevrilməsi ideyasını əvvəllər Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov irəli sürmüşdü. Onun fikrincə, ölkədə kiril əlifbasından imtina geniş müzakirə olunmalıdır. 

Turan İSMAYIL

2