Türkiyədə 26 nəfərin öldüyü binanın rəhbəri saxlanıldı

 19:04 17.02.2023     305

Malatyada 26 nəfərin öldüyü binanın rəhbəri saxlanılıb.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, Türkiyədəki “əsrin fəlakəti” adını almış zəlzələlərdən sonra dağılan binalarda aparılan araşdırmalar zamanı daha bir nəfər şübhəli şəxs qismində saxlanılıb.

Məlumata görə, 25 mənzildən ibarət olan “Bulutlar” binasının rəhbəri Bursa şəhərində saxlanılıb.