Latviya bu rus aktyorları “persona non-qrata” elan etdi

 20:35 17.02.2023     271

Latviya 3 Rusiya vətəndaşı olan teatrçı Damir Sadreev, Aleksey Şvetsov və Vitali Sokolovu “persona non qrata” elan edib.

Reda xəbər verir ki, bu haqda Latviya Xarici İşlər Nazirliyi açıqlama yayıb:

“Yuxarıda adı çəkilən teatr işçiləri Rusiya tərəfindən işğal olunmuş Krım yarımadasında fəal şəkildə çıxış etməkdə davam edirlər. Latviyanın Ukraynanın ərazi bütövlüyünə prinsipial dəstəyini nəzərə alsaq, bu cür şəxslərin ölkəyə girişi və səhnədə çıxış etməsi xoş qarşılanmır”.

Sözügedən qərara əsasən, həmin şəxslərin Latviyaya girişi qeyri-müəyyən müddətə qadağan ediləcək.