Türkiyədə 5 nəfərlik ailə dağıntılar altından çıxarıldı - FOTO

 22:54 17.02.2023     374

Türkiyənin zəlzələlərdən ən çox zərər çəkən ərazilərindən biri olan Adıyaman rayonunda dağıntılar altında qalan 5 nəfərlik ailə göyərçinləri ilə birlikdə xilas edilib.

Redaktor.az "Haber Global"a istinadən xəbər verir ki, Atatürk Bulvarında 5 mərtəbəli binanın üst mərtəbəsində yaşayan 41 yaşlı Necmettin, həyat yoldaşı Aysel və 3 uşağı (10 yaşlı Elif, 8 yaşlı Edanur ve 2 yaşlı Yiğit Kerem), eləcə də 25 göyərçin dağıntılar altından çıxarılıb.

Necmettin bildirib ki, yaşadıqları binada 16 qohumu dağıntılar altında qalıb.

 

22