Yük maşınından 18 meyit tapıldı

Sofiyadan 16 kilometr şimalda yerləşən Lokorsko kəndi yaxınlığında yük maşınında 18 qeyri-qanuni miqrantın cəsədi tapılıb.
Redaktor.az xəbər verir ki, bu barədə BTA agentliyi Bolqarıstan Daxili İşlər Nazirliyinə (DİN) istinadla məlumat yayıb.
Bildirilib ki, ölənlərin əksəriyyəti əfqan əsilli miqrantlardır. Onların arasında 6-7 yaşlarında uşaq meyiti də var.
Məlumata görə, yük maşınında taxtaların altında gizlənmiş 50-dən çox insan olub. Sürücü hadisə yerindən qaçıb. Hadisə ilə bağlı araşdırma aparılır.