İŞİD Suriyada hücuma keçdi: 50-dən çox insan öldü

Suriyanın Homs əyalətində İŞİD terror qruplaşmasının hücumu zamanı 50-dən çox insan həlak olub.
Redaktor.az xəbər verir ki, bu barədə Suriyanın Əl-Əxbariyyə telekanalı məlumat yayıb.
Bildirilib ki, İŞİD terrorçularının Homs vilayətinin şərqindəki Əl-Suxna şəhərinin cənub-şərqində həyata keçirdikləri hücum nəticəsində 50-dən çox insan ölüb.
Suriyanın Radio və Televiziya Baş İdarəsi isə 53 insanın öldürüldüyünü açıqlayıb.