"Çelsi"nin sabiq futbolçusu Türkiyədəki zəlzələdə həlak olub

 10:07 18.02.2023     223

Türkiyənin “Hatayspor” klubunun futbolçusu Kristian Atsu Hatay vilayətində baş vermiş zəlzələdə ölüb.

Redaktor.az-ın "CNN Türk"ə istinadən məlumatına görə, bu barədə qanalı hücumameylli yarımmüdafiəçinin agenti Murat Uzunmehmet açıqlama verib. O, 31 yaşlı vingerin cəsədinin dağıntılar altından çıxarıldığını bildirib.

"Hatayspor"un meneceri Fatih İlekin sözlərinə görə, afrikalı oyunçu qış fasiləsində komandadan ayrılmaq üçün baş məşqçi Volkan Demireldən icazə istəyib. Mütəxəssis Atsunun gedişinə icazə verdikdən sonra futbolçu ölkəni tərk etmək üçün təyyarəyə bilet alıb: "Zəlzələdən 5 saat əvvəl uçmalı idi. Amma XXIII turda "Kasımpaşa"ya qol vurduqdan sonra fikrini dəyişdi və Hatayda qalmağa qərar verdi".

Daha əvvəl "Hatayspor"un qızlardan ibarət komandasının futbolçusu Verda Demetgül zəlzələ zamanı həlak olub.

Qeyd edək ki, Kristian Atsu karyerası ərzində Portuqaliyanın "Portu", İngiltərənin "Çelsi", "Everton" və "Nyukasl" kimi klublarında da çıxış edib.