Polşa Ukrayna ilə hərbi ittifaq yaradacaq - Prezident Duda

 14:17 18.02.2023     259

Polşa prezidenti Anjey Duda ölkəsi ilə Ukrayna arasında hərbi ittifaqın olacağına ümid edir.

Redaktor.az xəbər verir ki, bu barədə Duda “Ukrinform”a müsahibəsində iki ölkə arasında uzun əsrlərə söykənən dostluq haqqında danışarkən deyib.

"Mən nəinki belə bir fürsət görürəm, ona ümid edirəm . İndi baş verənlər, ölkələrimiz və xalqlarımız arasında möhkəmlənən bu dostluq əsrlər boyu olub, bundan sonra da olacaq”, - prezident bildirib.

Eyni zamanda Duda əlavə edib ki, Rusiya üzərində qələbədən sonra Ukraynanın da NATO-nun bir hissəsi olacağını gözləyir.

Tunar Altunbay