Fahrettin Koca: Zəlzələ bölgəsində epidemiya riski nəzarət altındadır
"Fəlakət bölgəsində mümkün yoluxucu xəstəliklərlə bağlı risklər artıq erkən xəbərdarlıq sisteminin qurulması ilə nəzarət altındadır".
Redaktor.az xəbər verir ki, bu sözləri Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca deyib.
O bildirib ki, zəlzələ nəticəsində xəstəxanalara yerləşdirilənlərin sayı 6108, evə buraxılanlar isə 13612 nəfərdir.
Son 12 gündə zəlzələ bölgəsində 962 482 nəfər ilkin sağlamlıq müayinəsindən keçib.