Britaniya Kiyevə qırıcı verən ölkələri dəstəkləyəcək
Böyük Britaniyanın Baş naziri Rişi Sunak Ukraynaya müəyyən növ döyüş təyyarələrin verilməsində “çətinliklər” olduğunu deyib.
Redaktor.az xəbər verir ki, bu barədə o, Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.
Baş nazir qeyd edib ki, Böyük Britaniya Ukrayna hərbçilərinə NATO standartlarına uyğun təyyarələrdən istifadə etmək üçün təlimlər keçirir. Sunak əlavə edib ki, Böyük Britaniya Kiyevə qırıcı verəcək ölkələri "məmnuniyyətlə dəstəkləyəcək".