Çin Rusiyaya dron tədarükünə davam edir 

 23:41 18.02.2023     342

Sanksiyalara baxmayaraq, Rusiya Ukraynaya qarşı müharibədə Çinin DJI şirkətindən dronlar alır.

Redaktor.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.

Qəzet yazır ki, dronların bir hissəsi Rusiya distribyutorları, digərləri isə Birləşmiş Ərəb Əmirlikləri vasitəsilə daşınır.

Bundan əlavə, bəzi pilotsuz uçuş aparatları və onların hissələri Avropa İttifaqı vasitəsilə daşınıb.

Pentaqon narahatdır ki, bu pilotsuz uçuş aparatları Rusiyanın hərbi səylərini gücləndirir, həmçinun Çinə kritik kəşfiyyat məlumatları toplamağa imkan verir.