Zəlzələdən sonra ölkəsinə qayıdan suriyalıların sayı açıqlandı

 13:26 19.02.2023     376

Türkiyədəki zəlzələdən sonra bu ölkədən Suriyaya qayıdanların sayı məlum olub.

Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar danışıb.

"Bəzi fitnə-fəsad yuvaları "sərhədlərdən qaçqın axını" iddialarını ortaya atıb. Bu iddialar tamamilə həqiqətdən uzaqdır. Türkiyədə baş vermiş zəlzələdən sonra 10 633 suriyalı öz torpaqlarına geri dönüb", - o deyib.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Zəlzələdə ölənlərin sayı 40 min 642 nəfərə çatıb.