Putin parlamentə müraciətində nələrdən danışacaq? - Peskov açıqladı
"Aleksandr Lukaşenkonun Rusiya və ABŞ liderləri arasında danışıqlar ideyası çətin ki, Qərbdə dəstək tapsın".
Redaktor.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Moskvada “Rossiya-1” telekanalının efirində deyib.
O əlavə edib ki, Qərb hələ ki, Ukraynadakı vəziyyətlə bağlı sülh təşəbbüslərinə hazır deyil.
"Vladimir Putin Federal Məclisdəki çıxışında xüsusi hərbi əməliyyatla (Rusiya rəsmiləri Ukrayna ilə müharibəni belə adlandırır - red.) bağlı mövzulara xüsusi diqqət yetirəcək. Həyatımızda belə məsuliyyətli və çox çətin bir mərhələdə baş verənlərə qiymət veriləcək. Beynəlxalq vəziyyət, bunun öhdəsindən necə gəldiyimizə və bundan sonra necə olacağına dair prezidentin baxışları səslənəcək", - Peskov söyləyib.
Qeyd edək ki, Putin fevralın 21-də Federal Məclisdə çıxış edəcək.