Rusiya Xersonu raket atəşinə tutdu - Ölənlər və yaralananalar var
Rusiya Ukraynanın Xerson vilayətinin Berislav rayonunun Burqunka kəndini atəşə tutub.
Redaktor.az xəbər verir ki, bu barədə Xerson Vilayət Hərbi Adminsitrasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində ümumilikdə bir ailənin 3 üzvü həlak olub. Yaralananların sayı isə 4 nəfərdir. Onlardan ikisi 8 və 10 yaşlı uşaqlardır.