"İmperialist güc Qərb deyil, Rusiyadır" - Borrel

 17:33 19.02.2023     301

"Qlobal Cənub"u Rusiyanın bir imperiya kimi fəaliyyət göstərdiyinə inandırmaq lazımdır.

Redaktor.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel deyib.

O bildirib ki, Avropa İttifaqı Rusiyanın təbliğatına qarşı çıxmaq üçün “qlobal cənub” ölkələrinin etimadını bərpa etməlidir. Borrelin sözlərinə görə, Aİ cənubu inandırmalıdır ki, imperialist güc kimi çıxış edən Qərb deyil, Rusiyadır.

“Mən dünyanı, xüsusən də qlobal cənubu səyahət edirəm və çoxlu ikili standartlar ittihamları ilə Ukraynadakı müharibəni Qərb və Rusiya arasında münaqişəyə çevirmək istəyən Moskva hekayəsinin nə qədər güclü olduğunu görürəm”, - deyə Borrel əlavə edib.

Qeyd edək ki, "Qlobal Cənub" kimi adətən Latın Amerikası, Afrika, Asiya və Okeaniya ölkələri adlandırılır.