ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

 07:34 20.02.2023     475

ABŞ Prezidenti Co Baydenin administrasiyası Rusiya Federasiyasına qarşı onun enerji sektoruna və hərbi-sənaye kompleksinə təsir edəcək yeni sanksiyalar və ixraca nəzarət tədbirləri tətbiq etməyi planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" məlumat yayıb.

Mənbənin fikrincə, məhdudlaşdırıcı tədbirlər “Rusiya Federasiyasının müdafiə və enerji sektorlarına, maliyyə qurumlarına və bir sıra fiziki şəxslərə” təsir edəcək. Bundan əlavə, ABŞ-ın sanksiyalar rejimindən yan keçmə cəhdlərinin qarşısını almaq və üçüncü ölkələr tərəfindən Rusiya Federasiyasına yardım göstərməyə maneələr üçün tədbirlər görəcəyi gözlənilir.

Bundan əvvəl ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland bildirmişdi ki, ABŞ və onun “Yeddilik” qrupundakı tərəfdaşları Ukraynada müharibənin başlanmasının ildönümündə Rusiyaya qarşı müntəzəm məhdudiyyətlər tətbiq etmək niyyətindədirlər. Nulandın sözlərinə görə, sanksiyalar Rusiya müdafiə sənayesindən texnologiyaların, eləcə də yüksək texnologiyalı avadanlıqların tədarükünün məhdudlaşdırılması baxımından gücləndiriləcək və genişləndiriləcək. O, həmçinin əlavə edib ki, məhdudiyyətlər Rusiya hakimiyyətinə Ukraynada apardığı müharibəni həyata keçirməyə və artıq tətbiq edilmiş sanksiyalardan yan keçməyə kömək edənlərə təsir edəcək.

Turan İSMAYIL