Fransa qoşunları Burkina-Fasoda əməliyyatı başa çatdırdı

 23:00 19.02.2023     241

Burkina-Faso silahlı qüvvələrinin komandanlığı Fransa “Sabre” qoşun qrupunun ölkədəki əməliyyatının tam başa çatdığını elan edib.

Redaktor.az xəbər verir ki, bu barədə bazar günü “Le Faso” portalı məlumat yayıb.

Sayt qeyd edir ki, bayrağın endirilməsi ilə müşayiət olunan müvafiq mərasim Fransanın 400 nəfərlik xüsusi təyinatlı dəstəsinin yerləşdiyi Kambuandakı hərbi hava bazasında baş tutub.

Fransız kontingenti Kambuandakı bazadan ayrıldıqdan sonra texniki bölmə avadanlıqları çıxaracaq. Hər iki ölkənin Baş Qərargahları işlərin qrafikini razılaşdırıb.

“Sabre” əməliyyatı 2009-cu ildə Burkina-Fasoda başlayıb. Fransız xüsusi təyinatlıları səfirliyi qorumaq üçün Afrika ölkəsinə gəlib, həmçinin Burkina-Faso və qonşu Malidə antiterror əməliyyatlarında iştirak ediblər.