Suriyada dağıntılar altında dünyaya gələn körpə övladlığa götürüldü
Suriyada zəlzələdən sonra dağıntılar altında dünyaya gələn körpə övladlığa götürülüb.
Redaktor.az “Haber Global”a istinadla xəbər verir ki, göbək bağı ilə anasına bağlı qalan möcüzə körpə əmisi tərəfindən övladlığa götürülüb.
Körpənin anası isə doğuşdan sonra dağıntılar altında ölüb.
Məlumata görə, körpəyə anasının adı verilib.
Həmidə İbrahimova