Təbrizdə 800 min insan TƏHLÜKƏ ALTINDADIR
Təbriz şəhərinin 850 min əhalisi zəlzələ səbəbindən təhlükə altındadır.
Redaktor.az modern.az-a istindən xəbər verir ki, bu barədə "Irna" informasiya agentliyi şəhərin daxil olduğu İranın Şərqi Azərbaycan vilayətinin rəsmilərinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Təbrizdə 2 min hektar qanunsuz yaşayış məntəqəsi, 2 min 500 hektar isə səmərəsiz və köhnəlmiş tikililər mövcuddur.
Agentliyin məlumatında bildirilir ki, dünya əhalisinin 1%-i İranda olduğu halda təbii fəlakətlərin törətdiyi risklərin 6%-i bu ölkənin payına düşür.
Qeyd edək ki, dünən Təbrizdə qaz partlayışı 4 binanın çökməsinə səbəb olub, nəticədə 2 nəfər ölüb.