NATO Türkiyəyə 600 konteyner göndərdi

 10:38 20.02.2023     281

NATO Kahramanmaraşda baş verən zəlzələdən sonra Türkiyəyə 1000-dən çox modul tipli ev - konteyner göndərəcək.

Redaktor.az “Anadolu"ya istinadla xəbər verir ki, NATO-dan verilən məlumata görə, konteynerlərin 600-nü daşıyan gəmi 19 fevralda İtaliyanın Taranto limanından yola çıxıb.

Bildirilib ki, zəlzələdən zərər çəkmiş ən azı 4000 nəfər bu konteynerlərdən müvəqqəti sığınacaq kimi istifadə edəcək.

Qeyd edək ki, NATO təlimlərində və əməliyyatlarında istifadə olunan bu qərargah komplekslərində istilik, generator və tibbi xidmət imkanları var.

Arzu İSMAYIL