Braziliyada fırtınalar onlarla can aldı - VİDEO

 10:52 20.02.2023     311

Braziliyanın Sao-Paulu əyalətinin hakimiyyət orqanları güclü daşqın və torpaq sürüşmələri nəticəsində ən azı 36 nəfərin öldüyünü, yaşanan fəlakətə görə bəzi şəhərlərin ənənəvi karnavalı ləğv etdiyini bildirib.

Redaktor.az “BBC”ə istinadla xəbər verir ki, xilasetmə qrupları sağ qalanlara çatmaq və yolları açmaq üçün mübarizə aparır.

Məlumata görə, şəhərdə onlarla insan itkin düşüb, 50-yə yaxın ev dağılıb və su altında qalıb.

Rəsmilər daha 228 nəfərin evsiz qaldığını, daha 338 nəfərin Sao-Paulonun şimalındakı sahil bölgələrindən evakuasiya edildiyini bildirib.

Xatırladaq ki, ötən il də ölkənin cənub-şərqindəki Petropolis şəhərində leysan yağışları 230-dan çox insanın ölümünə səbəb olub.

Həmidə İbrahimova