Sülhməramlılar Qarabağa 35 tondan çox humanitar yardım çatdırıblar

 11:23 20.02.2023     261

Rusiya sülhməramlıları Qarabağın erməni əhalisi üçün 35 tondan çox humanitar yardım çatdırıblar.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Humanitar yardıma un, günəbaxan yağı, müxtəlif dənli bitkilər, tərəvəz konservləri, şəkər, peçenye, qatılaşdırılmış süd, mürəbbə və şirələr daxildir.

"Rusiyanın "Biz birik" çoxmillətli layihəsinin humanitar yükü Rusiya Hərbi Hava Qüvvələrinin nəqliyyat təyyarəsi ilə Ermənistan Respublikasının paytaxtına çatdırılıb. Oradan yük Rusiya sülhməramlıları tərəfindən Laçın dəhlizi ilə Xankəndiyə çatdırılıb",- deyə nazirliyin teleqram kanalında dərc olunan bəyanatda deyilir.

Sülhməramlılar məktəblilərə, aztəminatlı ailələrə, uşaq evlərindən birinin şagird və tərbiyəçilərinə ərzaq paylayıblar.

Həmidə İbrahimova