"Rusiya NATO üçün təhdiddir" - Mövlud Çavuşoğlu

 12:07 20.02.2023     293

“Bir terror təşkilatı ilə mübarizə aparmaq üçün başqa terror mənbəyi ilə əməkdaşlıq etmək doğru deyil”.

Redaktor.az, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fevralın 20-də Ankarada ABŞ-ın dövlət katibi Antoni Blinkenlə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu gün NATO üçün iki təhdid var: “Bunlardan birincisi Rusiya, ikincisi terrordur. Ona görə də biz PKK ilə mübarizə üçün İŞİD-lə əməkdaşlıq etmirik. Terrorçuların hansı ideologiyaya xidmət etməsinin bizim üçün fərqi yoxdu”.

M.Çavuşoğlu xatırladıb ki, terrorçulara qarşı birgə mübarizə aparılmalıdır.