Baydenlə görüşün nəticəsi döyüş meydanında əks olunacaq - Zelenski

 15:25 20.02.2023     350

Co Baydenin Kiyevə səfəri zamanı Ukrayna ilə ABŞ arasında bugünkü danışıqlar çox səmərəli keçdi. Onların nəticələri isə döyüş meydanında öz əksini tapacaq.

Redaktor.az RBC-Ukrayna-ya istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Co Baydenlə Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib.

“Co Baydenlə bugünkü danışıqlar səmərəli oldu... Ümid edirik ki, bu il - 2023-cü il qələbə ili olacaq”, - deyə Zelenski bildirib.

Prezidentin sözlərinə görə, Ukraynanı çox çətin dövr gözləyir, lakin o, ABŞ və digər tərəfdaş ölkələrin köməyi ilə “tarixi nailiyyətlər” əldə edəcək.

"Bugünkü danışıqlar çox səmərəli, çox vacib və çox həlledici oldu... nəticələr mütləq döyüş meydanına təsir edəcək", - Zelenski bildirib.

Xatırladaq ki, bu gün Kiyevə səfəri zamanı Amerika lideri Co Bayden ABŞ-ın Ukraynaya 500 milyon dollar dəyərində hərbi yardım edəcəyini açıqlayıb.

Xüsusilə, ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinə HIMARS, sursat, tank əleyhinə sistemlər və radarlar daxil olacaq.

Turan İSMAYIL