Baydenin Kiyevə səfəri Ukrayna-Amerika münasibətləri tarixində ən mühüm səfərdir - Zelenski

 15:34 20.02.2023     356

ABŞ Prezidenti Co Baydenin Kiyevə bugünkü səfəri ölkələr arasında ikitərəfli münasibətlər tarixində ən mühüm səfərdir. Danışıqların nəticələri Ukraynanın müdafiəsinin gücləndirilməsində nəzərə çarpacaq.

Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bunu Co Baydenlə keçirdiyi brifinqdə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

"ABŞ prezidentinin Ukraynaya son 15 ildə ilk səfəri Ukrayna-Amerika münasibətləri tarixində ən mühüm səfərdir. Məhz bu dövrə təsadüf edir, çünki bu dövr dövlətimizin öz azadlığı uğrunda, bütün avropalıların azadlığı, bütün insanların azad dünyası uğrunda mübarizə apardığı ən çətin dövrdür”, - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, o, ABŞ prezidenti ilə “mənalı danışıqlar” aparıb və bu səfərin nəticələri, şübhəsiz ki, Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsində hiss olunacaq.

“Ukraynaya hələ də tədarük oluna bilən uzaq mənzilli silahlar məsələsini də müzakirə etdik”, - deyən Zelenski, “Rusiyanın qisas cəhdlərinin şansının olmayacağını” vurğulayıb.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden bu gün Kiyevə gəlib.

Turan İSMAYIL