Belarusda qəzada 11 nəfər öldü
Belarusda “MAZ” markalı yük maşını ilə hərəkət edən taksinin toqquşması 11 nəfərin ölümü ilə nəticələnib.
Redaktor.az xəbər verir ki, bu barədə bazar ertəsi respublika Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Bu gün saat 15:00 radələrində MAZ markalı yük maşını stasionar taksi ilə üzbəüz toqquşub. Biri uşaq olmaqla 11 nəfər həlak olub, 6-sı tibbi yardım üçün xəstəxanaya çatdırılıb”, - deyə bildirilib.
Hadisə yerinə daxili işlər naziri İvan Kubrakov şəxsən gedib.
Hazırda polis əməkdaşları yol hərəkəti iştirakçılarına köməklik göstərirlər və yol-nəqliyyat hadisəsi baş verən yerdə dolama yolu təmin edirlər.
Tunar Altunbay