Baydenin Kiyevə səfəri Rusiya ilə RAZILAŞDIRILIB
Vaşinqton ABŞ prezidenti Co Baydenin Ukraynaya səfərindən bir müddət əvvəl münaqişə vəziyyətlərinin qarşısını almaq üçün Moskva ilə əlaqə saxlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə bazar ertəsi Associated Press Ağ Evə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, tərəflər “de-konfliktin” təmin olunmasını müzakirə ediblər.
"Baydenin səfərindən qısa müddət əvvəl, iki nüvə dövləti arasında birbaşa münaqişəyə səbəb ola biləcək hər hansı səhv hesablamalardan yayınmaq üçün ruslarla əlaqə qurulub", - deyə nəşr bildirib.
Associated Press-in qeyd etdiyi kimi, belə bir səfər nadir haldır, çünki ABŞ prezidentləri adətən ABŞ-ın hava məkanına nəzarət etmədiyi münaqişə zonalarına getmirlər. Ukraynada ABŞ-ın Kiyevdəki səfirliyini qoruyan dəniz piyadalarının kiçik bir dəstəsindən başqa heç bir ABŞ ordusu yoxdur.
Nəşrin məlumatına görə, Bayden Polşadan gələn ABŞ təyyarələri tərəfindən qorunub: "Amerika kəşfiyyat təyyarəsi, o cümlədən hava radarı ilə təchiz edilmiş E-3 "Sentry" və elektron idarə olunan RC-135W "Rivet Joint" təyyarəsi Kiyevi Polşanın hava məkanından izləyib".
Tunar Altunbay