Niderland 17 rus diplomatını qovur

 18:32 20.02.2023     311

Niderland 17 rus diplomatının krallığı tərk etməli olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, Niderland Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin rəhbəri Yan Svillensin qeyd etdiyi kimi, bu, Niderlandnın iki ölkədə çalışan diplomatik işçilərin sayını bərabərləşdirmək qərarı ilə bağlıdır.

Bundan əvvəl vəziyyətin 10-a yaxın dipılomata təsir edəcəyi bildirilirdi.

İndi isə Svillens aydınlıq gətirib ki, söhbət 17 diplomatdan gedir.

O, həmçinin iddia edir ki, Niderland Rusiya kəşfiyyatının üzvləri kimi tanınan yeni insanları qəbul etməyi dayandırıb.

Xatıladaq ki, Niderland Xarici İşlər Nazirliyi ölkədə işləyən rus diplomatlarının sayına məhdudiyyət qoyulduğunu elan edib. İşdən çıxarılan şəxslər iki həftə ərzində Niderlandnı tərk etməlidirlər.

Niderland Nazirlər Kabinetinin qərarına əsasən, Rusiyanın Haaqadakı səfirliyində Niderlandnın Moskvadakı səfirliyindən artıq diplomat işləyə bilməz.

Bundan əlavə, Niderland hakimiyyəti Amsterdamdakı ticarət nümayəndəliyinin çərşənbə axşamından etibarən bağlanması barədə qərar qəbul edib.

Tunar Altunbay