Yaponiya Ukraynaya 5,5 milyard dollar ayıracaq

 19:15 20.02.2023     325

Yaponiya Ukraynaya 5,5 milyard dollar maliyyə dəstəyi verəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Yaponiyanın baş naziri Fumio Kişida məlumat verib.

Qeyd olunub ki, Tokio artıq Kiyevə 600 milyon dollar maliyyə dəstəyi və yüz milyonlarla dollarlıq humanitar yardım verib.

“Biz 5,5 milyard dollar məbləğində əlavə maliyyə dəstəyi vermək qərarına gəldik”, - deyə Kişida bildirib.

O, həmçinin fevralın 24-də G7 liderlərinin videokonfransının keçirikəcəyini açıqlayıb. Konfransa Ukrayna prezidenti Volodimir Zelenski də dəvət ediləcək. Xatırladaq ki, Yaponiya bu il G7-yə sədrlik edir (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ) (modern).